Azərbaycan tolerant bir ölkə kimi dünyaya nümunədir

14:58 - 8 Noyabr 2016 - SİYASƏT

Bu gün Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının təşkilatçılığı ilə Nizami rayonunda Beynəlxalq Tolerantlıq günü münasibətilə tədbir keçirildi. Tədbirdə məruzə ilə çıxış edən Milli Məclisin deputatı Rafael Cəbrayılov tolerantlığın yaranma tarixi və onun mahiyyəti barədə çıxış etdi. Rafael Cəbrayılov tolerantlıqla bağlı dünya təcrübəsi və Azərbaycan Respublikasının qanunvericiilik bazasını tədbir iştirakçılarına geniş şərh etdi. Azərbaycanın tolerant bir ölkə kimi dünyaya nümunə ola biləcəyini vurğulayan Rafael Cəbrayılov eyni zamanda Ermənistanın monoetnik dövlət yaradaraq dözümsüzlüyün bariz nümunəsini dünyaya nümayiş etdirməsinə diqqət çəkdi.

Daha sonra məruzə ətrafında Nizami rayon İcra Hakimiyətinin başçısı Arif Qasımov, Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Milli Məclisin deputatı Rasim Musabəyov  və  “ Şah Abbas “ Məscidinin axundu çıxış etdilər.


Xəbər xətti