Ana səhifə
24 Sentyabr 2018

ARDNŞ-də mövcud ekoloji vəziyyət barədə müşavirə keçirilib

ARDNŞ-də ekoloji idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə Ekologiya İdarəsinin ətraf mühitin mühafizəsi üzrə mütəxəssisləri, eləcə də sanitar həkimləri bilavasitə istehsal müəssisələrinə təhkim edilmişlər.
 

 

Ucnoqta.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, bu günlərdə Ekologiya İdarəsində 2014-cü ilin on ayı ərzində şirkətin İstehsalat Birlikləri, emal zavodları, Neft kəmərləri İdarəsi, Qaz ixracı İdarəsi, Kompleks qazma işləri trestinə təhkim olunmuş ətraf mühitin mühafizəsi üzrə mütəxəssislər və sanitar həkimlər tərəfindən yerinə yetirilmiş nəzarət monitorinqinin nəticələri müzakirə edilmişdir. Müşavirədə aparılmış monitorinqlərin nəticələri barədə məruzələr dinlənilmiş, mövcud ekoloji və sanitar vəziyyət, xarakterik problemlər və onların həlli yolları, gələcək fəaliyyət istiqamətləri barədə müvafiq təkliflər verilmişdir. 
Müşavirənin sonunda Ekologiya İdarəsinin rəisi Azər Əliyev sanitar-gigiyenik, ətraf mühitin mühafizəsi sahəsində nəzarətinin gücləndirilməsi, əldə olunmuş məlumatların təhlili, mübadiləsi ilə bağlı qarşıda duran məsələlərdən danışmışdır. Monitorinq məlumatlarının müəssisələrlə birlikdə müzakirəsi və əldə olunmuş müsbət təcrübələrin müəssisələr arasında yayılması işləri məqsədəuyğun sayılmışdır.

 

Bəhruz

Tarix
11 Noyabr 2014 [20:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin