ABŞ əhalisi bu gün ölkənin yeni prezidentini seçəcək

11:00 - 8 Noyabr 2016 - DÜNYA

Çərşənbə axşamı Birləşmiş Ştatlarda ümumi seçkilər keçiriləcək. Amerikalılar ölkəyə yeni prezident və vitse-prezident, eləcə də, ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün heyətini və Senatın üçdə bir hissəsini, 12 ştatın qubernatorunu və bir sıra şəhərlərin merini seçməli olacaqlar.

ABŞ prezidenti postuna Demokratlar Partiyasından sabiq dövlət katibi Hillari Klinton, Respublikaçılar Partiyasından isə iş adamı Donald Tramp iddia edir.

Sorğulara əsasən, amerikalılar öz üstünlüklərini daha çox Klintona verirlər. O qalib gələrsə, Ağ Evə rəhbərlik edən ilk qadın kimi ABŞ tarixinə düşəcək. Lakin intriqa son dəqiqələrə qədər qalmaqdadır.

Xəbər xətti