BTC ilə 2,3 milyon ton Azərbaycan nefti nəql olunub

16:39 - 7 Noyabr 2016 - İQTİSADİYYAT

Oktyabr ayında Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 2,3 milyon ton Azərbaycan nefti nəql olunub. SOCAR-ın saytında verilmiş məlumata görə, 2016-cı ilin oktyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 360 330 ton Azərbaycan nefti nəql olunub.
Cari ilin yanvar-oktyabr aylarında bu kəmərlə 24 403 652 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il noyabrın 1-dək BTC-yə 317 079 041 ton neft vurulub.
Bundan başqa, 2016-cı ilin oktyabr ayında BTC kəməri ilə 263 869 ton Türkmənistan nefti nəql olunub.

Xəbər xətti