İtaliyanın xarici işlər naziri Azərbaycana gəlib

16:34 - 7 Noyabr 2016 - SİYASƏT

 İtaliyanın xarici işlər naziri Paolo Centiloninin Azərbaycana səfəri başlayıb.
"Report"un məlumatına görə, nazir Azərbaycanda noyabrın 7-8-də Bakıda rəsmi səfərdə olacaq. Səfər çərçivəsində nazirin yüksək səviyyəli rəsmilərlə görüşləri nəzərdə tutulur.
Görüşlərdə İtaliyanın ATƏT-də gələcək sədrliyi, regional və beynəlxalq əməkdaşlıq, Qarabağ münaqişəsi və digər məsələlər müzakirə olunacaq.
Xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini səfər zamanı italiyalı iş adamları müşayiət edir. Səfər çərçivəsində Azərbaycan ilə İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi dəplanlaşdırılır.
Qeyd edək ki, bundan öncə nazir Centiloni Gürcüstanı ziyarət edib. Bakıdan sonra o, Yerevana  səfər edəcək.

Xəbər xətti