İş adamlarına qarşı dələduzluqda təqsirləndirilən şəxsə 11 il həbs cəzası verilib

15:06 - 7 Noyabr 2016 - HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Arzuman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. İstintaqla müəyyən olunub ki, A.Əliyev iş adamı Rüfət Vəliyevi Nizami rayonunun ərazisində, Dövlət Neft Şirkətinin Hüquq Departamentində şöbə müdiri təyin etmək adı ilə ona məxsus külli miqdarda əmlakı ələ keçirib.  Bundan başqa, o, həmin ilin yayında iş adamı Etibar Kərimovun etibarından istifadə edərək ona küllü  miqdarda ziyan vurub. 2007-2008-ci illərdə təkrarən eyni məqsədlə iş adamları Nazim Tahirova və Elbrus Məmmədova məxsus küllü  miqdarda əmlakı mənimsəyərək talan edib.

Xəbər xətti