Sabah havanın temperaturu 19 dərəcəyədək yüksələcək

12:27 - 7 Noyabr 2016 - ÖLKƏ İÇİ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ucnoqta.az-a verilən məlumata görə, sabah paytaxt və yarımadada mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 13-17° isti olacağı gözlənilir. Bakıda gecə 9-11° isti, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir
güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Xəbər xətti