Bu gün Topaz Premyer Liqasında XI turun son iki oyunu keçiriləcək

13:02 - 6 Noyabr 2016 - İDMAN

Topaz Premyer Liqasında XI tura bu gün yekun vurulacaq. İkinci oyun günündə 2 qarşılaşma keçiriləcək.
Çempionatın lideri "Qəbələ" səfərdə AZAL-ın qonağı olacaq. Avroliqada uğursuzluq yaşayan "Qəbələ", "Sent-Etyen"lə görüşdə aldığı yenilgini məhz Şüvəlandakı matçda unudmağa çalışacaq.
İkinci oyun Zirədə keçiriləcək. Son mövsümün qızıl və gümüş medalçılarının görüşü də maraqla gözlənilir. qol.az


6 noyabr
Topaz Premyer Liqası, XI tur

14:00 AZAL - “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
“AZAL Arena”

16:00 “Zirə” - “Qarabağ”
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüsal Qənbərov, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
Zirə İdman Kompleksinin stadionu 

 

Xəbər xətti