Qaya parçaları avtomobil yoluna töküldü - Tovuzda

17:17 - 4 Noyabr 2016 - ÖLKƏ İÇİ

Tovuzda yağan yağışlar nəticəsində qaya parçaları avtomobil yoluna tökülüb.

Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisə Tovuz-Böyük Qışlaq avtomobil yolunun Qoşa kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Nəticədə nəqliyyatın hərəkətində fasilə yaranıb. Müvafiq qurumların əməkdaşları yolu iri daşlardan təmizləyiblər və hərəkət bərpa olunub.

Xəbər xətti