Ana səhifə
13 Noyabr 2018

18 polis TOMA-nın altında qaldı

Aksiyaçıların atdığı daşlar səbəbindən bir jurnalist başından, digəri ayağından yaralanıb

 

Kobaninin işğalını bəhanə edərək Türkiyənin Adıyaman şəhərində keçirilən icazəsiz etiraz aksiyasında 18 polis əməkdaşı TOMA (Toplu Müdahele Aracı – Kütləvi Müdaxilə Vasitəsi) maşınının altında qalaraq xəsarət alıb. Aksiyaçıların AKP binasını və polisi daşlaması ilə başlayan aksiya saatlarla davam edib. Müxtəlif iş yerlərinin və bankların şüşələrini sındıran aksiyaçılar şəhərin ən böyük prospektində avtomobillərin hərəkətini dayandırıblar.

 

Xüsusi Təyinatlıların, Çevik Polis Alayının və Jandarm dəstələrinin müdaxilə etdiyi aksiyada TOMA-nın ətrafında hərəkət edən 18 polis əməkdaşı müxtəlif dərəcəli xəsarət alıblar. Həmçinin aksiyaçıların atdığı daşlar səbəbindən bir jurnalist başından, digəri ayağından yaralanıb.

 

ANS PRESS

Tarix
8 Oktyabr 2014 [10:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin