"Qarabağ" ilk "100-lük"də

12:24 - 4 Noyabr 2016 - İDMAN

UEFA klubların reytinq cədvəlini açıqlayıb. Ötən gün Avropa Liqasının qrup mərhələsinin IV turunda PAOK-u 1:0 hesabıyla məğlub edən "Qarabağ" klubu UEFA klubların reytinq cədvəlində 13 pillə irəliləyərək 18.050 xalla 99-cu yerdə qərarlaşıb. Bununla da Ağdamın "Qarabağ" klubu Azərbaycan futbol klubları arasında "100-lük"də qərarlaşan ilk  komanda statusunu qazanıb.

Xəbər xətti