Ana səhifə
14 Noyabr 2018

Polşa Azərbaycandan tranzit kimi istifadə etmək istəyir

Polşa Azərbaycanı təkcə kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə potensial tərəfdaşı kimi deyil, həm də İrana kənd təsərrüfatı məhsullarının satışı üçün tranzit ölkə kimi nəzərdən keçirir.

 

 

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə Bakıda səfərdə olan Polşanın kənd təsərrüfatı naziri Marek Savitski deyib.
Onun sözlərinə görə, regionun lider ölkəsi olan Azəraycanın kənd təsərrüfatı sahəsində əməkdaşlıq baxımından Polşa ilə əlaqələri hələ məhduddur: "Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və işgüzar dairələrin nümayəndələri ilə görüşdə məhsulların idxal-ixracını, texniki və konsultativ təklifimizi özündə ehtiva edən ikitərəfli əməkdaşlığımızı təklif etdik. Polşa ət-süd istehsal edən fabriklər üçün avadanlıqların tədarükündə yardımçı ola bilər. Bizim yaxşı meyvə-tərəvəz mübadiləmiz ola bilər".
M.Savitski qeyd edib ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əmtəə dövriyyəsi olduqca azdır: "Əmtəə dövriyyəsi təqribən 12 milyon avro təşkil edir. Son bir neçə il ərzində əmtəə dövriyyəsi bir neçə 10 faiz artıb, lakin biz istərdik ki, bu göstərici daha da artıq olsun, çünki potensial yüksəkdir".
Nazir əlavə edib ki, Rusiyaya məhsul ixracına qoyulan embarqo Polşa ixracına güclü təsir etməyib: "Rusiya Polşanın əsas ticarət tərəfdaşı olmayıb. Rusiya kənd təsərrüfatı məhsullarının ixrac strukturunda yeddinci yeri tuturdu. Polşanın 20 milyard avro dəyərində ixracından yalnız 1,3 milyard avro Rusiyanın payına düşürdü. Ümumilikdə isə ötən il Polşa 20 milyard avro dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib, 13 milyard avroluq isə mal idxal edib".
Kənd təsərrüfatı nazirinin sözlərinə görə, səfəri qarşıdakı Azərbaycan-Polşa hökumətlərarası komissiyanın iclası çərçivəsində yalnız hazırlıq mərhələsidir, buna görə də indiki səfər zamanı hər hansı sazişin imzalanması nəzərdə tutulmur: "Azərbaycan və Polşa arasında kənd təsərrüfatı əməkdaşlığının inkişafı hələ digər sahələrdən geri qalır. Bu səfər gələcək inkişaf məqsədilə zəmin hazırlamaq üçün təşəbbüsüm olub. Səfərdən sonra polşalı və azərbaycanlı iş adamları arasında bir sıra görüşlər keçiriləcək, dekabrın 15-də isə hökumətlərarası komissiyanın iclası baş tutacaq. İclasda aqrar əməkdaşlıq məsələsinə böyük diqqət ayrılacaq. Biz heyvandarlıq və s. sahələrdə fitosanitar və baytarlıq müfəttişliklərimiz arasında əməkdaşlıq haqqında razılığa gəlmişik".
O vurğulayıb ki, Polşa Azərbaycanın kənd təsərrüfatı sahəsində apardığı islahatlara istənilən dəstəyi göstərməyə hazırdır: "Heydər Əsədov mənə məlumat verdi ki, bu islahatlara daha çox investisiya ayırmağı planlaşdırır və biz islahatların həyata keçirilməsinə istənilən dəstəyi göstərməyə hazırıq".
M.Savitski bildirib ki, Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracında ət məmulatlarının payı daha çoxdur: "Azərbaycan bazarında Polşadan idxal edilmiş quş və mal ətindən xeyli sayda sosiska və kolbasa var. Biz süd məhsullarımızı da ixrac etmək niyyətindəyik. Lakin iş orasındadır ki, azərbaycanlı tərəfdaşlarımız nə almalı olduqlarını özləri həll edirlər. Azərbaycanda bazarı və istehlakçıların ehtiyaclarını bilən yerli tərəfdaş lazımdır. Üstəlik, Azərbaycan regionun qabaqcıl ölkəsidir, niyə də Polşa Azərbaycan ərazisi ilə İrana, sayı 25 milyon olan iranlı azərbaycanlılara quş və mal əti satmasın".
Onun sözlərinə əsasən, təəssüf ki, Polşaya Azərbaycan çayı ixrac edilmir: "Azərbaycan Polşaya əsasən quru meyvələr, qoz-fındıq, nar tədarük edir. Lakin Polşada kişmiş və Azərbaycan çayı yoxdur. Hər iki tərəfdən idxal və ixrac artırılmalıdır. Bunun üçün ölkələrimizin hər cür şəraiti var".

Tarix
11 Noyabr 2014 [10:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin