Qurban Qurbanov: "Çox yaxşı komandaya qalib gəldik və şanslarımızı artırdıq"

08:54 - 4 Noyabr 2016 - İDMAN

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə PAOK-u 1:0 hesabıyla məğlub edib. Komandanın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Hamını təbrik edirəmm. Çox ağır oyunda qələbə qazandıq. Hər şey düşündüyümüz kimi alındı. Futbolçularıma təşəkkür edirəm ki, belə vəziyyətdə özlərində oldular. Fikrimcə, çox yaxşı komandaya qalib gəldik və şanslarımızı artırdıq. Xüsusilə, rəqibin hücum xətti çox yaxşı idi. Topla yaxşı davranırdılar. Bisesvar bir epizodda müdafiəçimizi keçəndə, çox böyük təhlükə yaşadıq. Ancaq yaxşı ki, həmin epizodda hücumu zərərsizləşdirə bildik. Bir də, rəqib standart vəziyyətlərdə, xüsusilə, küncdən zərbələr zamanı çox böyük təhlükə yaradırdı. Hər iki oyunda böyük çətinlik çəkdik Onlara gələn oyunlarda uğurlar arzulayıram.

Bəzən əvəzetmələr uğurlu alınır. Rahid bu gün çox iş gördü. Oyunun əvvəlində rəqib komandanın sağ cinahı çox güclü hücumlar qururdu. Həmin cinahda Maksim, Rahid və Qara çox böyük iş gördülər. Bir-birini tamamladılar. Miçel çox təcrübəli oyunçudu. Bu gün də öz üzərinə düşən vəzifəni yerinə yetirdi. Qol vurmasaydı da, onun oyunundan razı qalacaqdım. Ümumiyyətlə, hamının oyunundan razı qaldım. Komanda çox soyuqqanlı idi.

Hər uğurlu oyundan sonra məsuliyyət bir az da artır. Bu qələbə həm də, işimizi bir az da çətinləşdirdi. Ancaq şansımız var. Lakin məncə, PAOK-un hələ də, mərhələ keçmək şansı var. Mübarizə son turadək gedəcək".

Xəbər xətti