Avropa Liqası: "Qarabağ" Yunanıstanda PAOK-u məğlub edib

01:59 - 4 Noyabr 2016 - İDMAN

Ağdamın "Qarabağ" klubu Yunanıstanda PAOK-la keçirilən qarşılaşmada hesabı açıb. Azərbaycan komandasının qoluna meydana sonradan daxil olduqdan 5 dəqiqə sonra Miçel vurub - 1:0. 

***00:05
Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edən Ağdamın "Qarabağ" klubu IV turun oyunu çərçivəsində səfərdə Yunanıstan PAOK-u ilə qarşılaşır.
Matç Saloniki şəhərinin "Tumba" stadionunda keçirilir. Komandaların Bakıda keçirilən ilk qarşılaşması "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
00:05. PAOK (Yunanıstan) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Con Biton
Yan xətt hakimləri: Duqlas Potter, Alastair Mazer
Əlavə köməkçi hakimlər: Stiven Maklin, Donald Robertson
Dördüncü hakim: Şon Karr (hamısı Şotlandiya)
Hakim-inspektor: Darko Çeferin (Sloveniya)
UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova)
Saloniki. "Tumba" stadionu

Xəbər xətti