Putin Stiven Siqala Rusiya vətəndaşlığı verib

14:25 - 3 Noyabr 2016 - DÜNYA

Rusiya Prezident Vladimir Putin məhşur amerikalı aktyor Stiveni Siqalın Rusiya vətəndaşlığına qəbul edilməsi barədə fərman imzalayıb. Bu barədə Kremlin saytında məlumat verilib. Hələ bu ilin sentyabr ayında amerika döyüş filmlərinin qəhrəmanı Siqal Cənub Saxalinə səfəri zamanı bildirmişdi ki, tezliklə Rusiya vətəndaşlığını alacaq. Qeyd edək ki, aktyor bu ilin əvvəlində Serbiya vətəndaşlığını alıb.
Stiven Siqal 1952-ci il aprelin 10-da ABŞ-da doğulub. Bir çox əlbəyaxa döyüş filmlərində baş rollar oynayıb.

Xəbər xətti