Ana səhifə
26 Fevral 2018

Sevda Sanalıyevanın ərinin keçmiş qayınanası: Qızımla kürəkənimi Sevda boşatdırıb

Tanınmış müğənni Sevda Sanalıyevanın həyat yoldaşının birinci ailəsi olduğu hər kəsə məlumdur. Birinci evliliyinə son verib, müğənni S.Sanalıyeva ilə ailə quran Cəmil bəyin valideynləri və ilk həyat yoldaşı Lalə xanım bu izdivacla hələ də razılaşa bilmirlər.

Sevda xanımın hazırkı həyat yoldaşı Cəmil bəyin keçmiş qayınanası Gülənbər xanım big.az-a açıqlamasında Cəmil bəyin onun qızı Lalə ilə boşanmasının səbəbkarı müğənni Sevda Sanalıyevanın olduğunu bildirib.

Ağlayaraq dərdini saytın əməkdaşına danışan Gülənbər xanım ifaçı S.Sanalıyevanı “yuvayıxan” adlandırıb:

“Sizə zəng edən Gülənbər xanımdır. Müğənni-rəqqasə Sevda Sanalıyevanın indi yanına salıb, ərim-ərim dediyi kişinin keçmiş qayınanasıdır. Mənim qızımı boşayıb, gedib küçədə qalmışın birini aldı. Necə də utanmır, heç kişi də belə iş görər? Kürəkənim Cəmil 10 il idi ki, qızım Lalə ilə evli idi.

Gözümün ağı-qarası bir qızımı bədbəxt etdi. Bütün Şamaxı bu əclaflığa görə ondan üz çevirib. Hətta Cəmilin öz ata-anası da ona nifrət edir, onu bağışlamır. Qızım Lalə hal-hazırda qayınanasının yanındadır. Onlarla birgə qalır.

Amma 30 yaşında, ərsiz bədbəxt qaldı. Allah bu zülmü götürməz. Onu orada gözüyaşlı qoyub, efirə çıxıb deyir ki, mən ailəmlə xoşbəxtəm. Qızımla iki əkiz balası var - bir qız, bir oğlan uşağı. O uşaqlar da o verilişə baxırdılar.

Belə nadürüstlük olmaz axı! İnsan necə vicdansız olar axı? 9 milyon insan bilsin ki, o, ər dediyi Sevdanın əri deyil, mənim qızımın əridir. Heç nəyin üstündə mənim qızımı boşadı, Sevdanı aldı. Bir günün içində Cəmil evdən əşyalarını yığıb, çıxıb gedib. Mən indi də qızıma deyirəm ki, ondan sənə ər olmayıb, olmayacaq da. Özümü xəstəliyə saldı, gözümün ağı-qarası bir balamı rüsvay etdi, tək qoydu. İki balasına da yazığı gəlmədi. Düz bir ildir ki, qızımla Cəmili Sevda boşatdırıb. Utanmır, efirdə ərim-ərim də deyir...”.

Tarix
3 Noyabr 2016 [12:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ