Ana səhifə
20 Sentyabr 2018

Əbülfəs Qarayev ÜTT-nin Baş Katibi ilə görüşüb

Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104 -cü Sessiyasında iştirak etmək üçün Misir Ərəb Respublikasında səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və sözügedən təşkilatın Baş Katibi cənab Taleb Rifai arasında görüş keçirilib. 
Görüşdə BMÜTT-nin Baş Katibi cənab Taleb Rifai Azərbaycanın Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilməsi münasibətilə təbrik edib. 
Görüş zamanı Azərbaycan və BMÜTT arasında münasibətlər, eləcə də sədrlik müddətində görüləcək işlər haqqında fikir mübadiləsi aparılmış, may ayında Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və onun çərçivəsində təşkil olunacaq beynəlxalq tədbirlər və layihələr müzakirə olunub. 
Eyni zamanda,  nazir Əbülfəs Qarayev “2017-ci il İnkişaf naminə davamlı turizm beynəlxalq ili” çərçivəsində Azərbaycan və BMÜTT-nin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirlər haqqında məlumat vermiş və Təşkilatı Azərbaycanda bu il çərçivəsində keçiriləcək tədbirlərə tərəfdaş olmağa dəvət edib.
Həmçinin, görüşdə 2016-cı ilin 5 dekabr tarixində Paris şəhərində keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq İşçi Qrupunun yüksək səviyyəli toplantısının gündəliyinin birgə hazırlanması qərara alınıb. 
Görüşün sonunda Taleb Rifai Azərbaycanda turizm sahəsində həyata keçirilən islahatların onda yüksək təəssürat yaratdığını diqqətə çatdırıb. 

 

Tarix
2 Noyabr 2016 [14:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin