Elnarə qəzaya düşdü: oğlu da maşında

12:58 - 2 Noyabr 2016 - MAQAZİN

Müğənni Elnarə Xəlilova avtomobil qəzası keçirib.Bu barədə Lent.az-a ifaçının özü məlumat verib. O bildirib ki, “90 VH 282” dövlət seriyalı, 83 nömrəli avtobus onun idarə etdiyi 99 FB 078 nömrəli, “Jeep Wrangler” markalı maşını vurub: “Səhər saat 10:15 radələri idi. ADA Universitetinin önündə “Daewoo” markalı avtobus işiqfordan tərpənən zaman hərəkət etdiyi 2-ci yoldan mənim yoluma, yəni birinci yola çıxıb maşınımı vurdu. Maşının qapaq hissəsi, dönəcək işıqları zədələnib və həmin hissə əzilib. Ortancıl oğlum Tuğər də maşında idi. Uşaq qorxdu. Şikayət etmək üçün həmin ərazidə polis axtardım, amma tapmadım”. 

Xəbər xətti