Çempionlar Liqasında IV turun ilk 8 matçı keçirilib

10:49 - 2 Noyabr 2016 - İDMAN

Futbol üzrə Çempionlar Liqasında IV turun ilk 8 matçı keçirilib. "Report" un məlumatına görə, ilk oyun günündə A, B, C və D qrupunda ümumilikdə 8 görüş baş tutub. A qrupunda oyunlar qonaqların səfər qələbələri ilə nəticələnib. Bununla da PSJ ilə “Arsenal” 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin ediblər.

B qrupunda çıxış edən Türkiyənin "Beşiktaş" klubu İtaliya "Napoli"sini qəbul edib. İstanbul təmsilçisi qrupda lider olmaq şansını əldən buraxıb. Bunun üçün qalib gəlməli olan Şenol Günəşin komandası hesabı açsa da, qələbəni əldən verib. “Benfika” isə evdə Kiyev “Dinamo”suna qalib gələ bilib.

Gecənin mərkəzi görüşü isə İngiltərədə keçirilib. "Mançester Siti" İspaniyanın "Barselona" klubu ilə münasibətlərinə aydınlıq gətirib. İspanlar Lionel Messinin qoluyla hesabı açsa da, meydan sahibləri əzmkar qəlbə qazanmağı bacarıb. Bununla da Xosep Qvardiola keçmiş komandasını ilk dəfə yenə bilib.

D qrupunda isə "Atletiko Madrid" ilə “Bavariya” gözlənilən qələbələri qazaanarq pley-offa vəsiqəni artıq rəsmiləşdiriblər. Bununla da son 2 tura qalmış 1/8 finala 4 komanda artıq vəsiqə qazanıb.

Çempionlar Liqası, qrup oyunları, IV tur

A qrupu

23:45. "Bazel" (İsveçrə) - PSJ (Fransa) - 1:2

Qollar: Luka Zuffi, 76 - Blez Matuidi, 43, Tomas Menyer, 90

23:45. "Ludoqorers" (Bolqarıstan) - "Arsenal" (İngiltərə) - 2:3

Qollar: Jonatan Kafu, 12, Klaudiu Keşeru, 15 - Qranit Jaka. 20. Olivye Jiru, 42, Məsut Özil, 88

Xal durumu: "Arsenal" - 10. PSJ - 10. "Bazel" - 1. "Ludoqorets" - 1

B qrupu

21:45 "Beşiktaş" (Türkiyə) - "Napoli" (İtaliya) - 1:1

Qol: Rikardu Kuarejma, 79-penalti ilə - Marek Hamşik, 82

23:45. "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:0

Qol: Eduardo Salvio, 45+2

Xal durumu: "Napoli" - 7. "Benfika" - 7. "Beşiktaş" - 6. "Dinamo" - 1

C qrupu

23:45. "Borussiya" (Münhenqladbax, Almaniya) - "Seltik" (Şotlandiya) - 1:1

Qollae: Lars Stindl, 32 - Musa Dembele, 75

Qırmızı vərəqə: Julian Korb, 75 ("Borussiya, M, birbaşa)

23:45. "Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya) - 3:1

Qollar: İlkay Gündoğan, 39, 74 Kevin de Bruyne, 51 - Lionel Messi, 21

Xal durumu: "Barselona" - 9. "Mançester Siti" - 7. "Borussiya" - 4. "Seltik" - 2

D qrupu

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Rostov" (Rusiya) - 2:1

Qollar: Antuan Qrizmann, 28, 90+4 - Sərdar Azmun, 30

23:45. PSV (Hollandiya) - "Bavariya" (Almaniya) - 1:2

Qollar: Santyaqo Arias, 14 - Robert Levandovski, 34-penalti ilə, 74

Xal durumu: "Atletiko" - 12. "Bavariya" - 9. "Rostov" - 1. PSV - 1.

Qeyd edək ki, digər oyunlar noyabrın 2-də keçiriləcək.

Xəbər xətti