Bu gün ÇL-nin qrup mərhələsində IV turun oyunları keçiriləcək

15:28 - 1 Noyabr 2016 - İDMAN

Bu gün Çempionlar Liqasının qrup mərhələsində  IV turun oyunlarına start veriləcək. İlk oyun günündə 4 qrupda 8 oyun keçiriləcək.
Türkiyənin “Beşiktaş” klubu öz meydanında “Napoli”ni qəbul edəcək. İtaliyada keçirilən görüşdə rəqibinə 3:2 hesabı ilə qalib gələn Şenol Günəşin komandası bu uğuru təkrarlasa, qrup lideri olacaq.
Günün digər maraqla gözlənilən qarşılaşası İngiltərədə oynanılacaq. “Mançester Siti” “Barselona”nanı qəbul edəcək. 
Pep Qvardiolanın komandası Barselonada qeydə alınan 0:4 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Turun digər oyunları sabah keçiriləcək.


 

1 noyabr

Çempionlar Liqası, qrup mərhələsi

A qrupu

23:45. "Bazel" (İsveçrə) - PSJ (Fransa)

23:45. "Ludoqorets" (Bolqarıstan) - "Arsenal" (İngiltərə)

 


B qrupu

21:45 "Beşiktaş" (Türkiyə) - "Napoli" (İtaliya)

23:45. "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna)

 

C qrupu

23:45. "Borussiya" (Münhenqladbax, Almaniya) - "Seltik" (Şotlandiya)

23:45. "Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya)

 

D qrupu

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Rostov" (Rusiya)

23:45. PSV (Hollandiya) - "Bavariya" (Almaniya)

Xəbər xətti