20 yaşlı Kənanın NASA boyda yalanı... – VİDEO

15:15 - 1 Noyabr 2016 - MARAQLI

Bir müddət əvvəl ABŞ-ın NASA kosmik agentliyinə dəvət alması ilə bağlı gündəmə gələn həmyerlimiz 20 yaşlı Kənan Əhmədlinin yalan danışdığı məlum olub.

Kənan azərtac-a müsahibəsində robot hazırlama üzrə təcrübə proqramını qazandığını və hazırladığı “Mələk beyni” adlı konsepsiyasının bəyənildiyini iddia etmişdi. Bu gün isə azərtac sözügedən gənclə bağlı NASA-nın ictimaiyyətlə əlaqələr depatamentinə göndərdiyi sorğunun cavabını yayımlayıb. Məlum olub ki, 20 yaşlı Kənan hamını aldadıb.   Qurumun ictimiyyətlə əlaqələr depatamentinin əməkdaşı Sarah Ramsey Kənan Əhmədlinin NASA-nın kataloqunda qeydiyyatda olmadığını bildirib: “Əlavə olaraq qeyd edək ki, NASA ABŞ vətəndaşı olmayan vətəndaşları yalnız o zaman təcrübəçi kimi qəbul edir ki, şəxsin yaşadığı ölkədəki tədqiqat institutu ilə müqaviləmiz olsun. Hazırda bizim Azərbaycanla razılaşmamız yoxdur, buna görə də oradan tərcübəçi qəbul edə bilmərik”.

 

 Kənan Əhmədlinin ilk müsahibəsi 

 

Xəbər xətti