Sabahın havası- yağış yağacaq

12:23 - 1 Noyabr 2016 - ÖLKƏ İÇİ

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95% təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 2-də Abşeron yarımadasında yağıntılı və arabir güclənən külək meteohəssas insanlar üçün əsasən əlverişsiz olsa da, havanın oksigenlə zəngin və təmiz olması müsbət amildir. Oktyabrın 3-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 2-6, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Xəbər xətti