FİFA Dünya kubokunun dizayneri vəfat edib

10:17 - 1 Noyabr 2016 - İDMAN

İtaliyanın Milan şəhərindən olan və FİFA-nın Dünya kubokunun dizaynını hazırlayan heykəltəraş və zərgər Silvio Qassanya 95 yaşında dünyasını dəyişib. "Report" xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri yazıb. Dünya kuboku 1974-cü ildən futbol üzrə dünya çempionu olan komandaya verilir.

Onun əl işləri arasında UEFA kuboku və Avropa superkuboku da var.

Xəbər xətti