"Qarabağ" və "Qəbələ"nin oyunlarının hakimləri bəlli oldu

16:32 - 31 Oktyabr 2016 - İDMAN

“Qarabağ” və “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki oyunlarının hakim təyinatları açıqlanıb. UEFA-nın saytında verilmiş məlumata görə, Salonikidə keçiriləcək PAOK – “Qarabağ" oyunu şotlandiyalı hakimlər briqadasına tapşırılıb.
Matçın baş hakimi Con Biton olacaq. Ona həmyerliləri Duqlas Potter və Alastar Mazer kömək edəcək. Dördüncü hakim funksiyasını Şon Karr yerinə yetirəcək. 
Bakıda keçiriləcək “Qəbələ” – “Sent Etyen” oyununu isə ispaniyalı hakimlər idarə edəcək. 
Matçın baş hakimi Karlos Del Kerro Qrande olacaq. Ona Xuan Karlos Ximenes və Roberto Fernandez köməklik edəcək. Dördüncü hakim Abraham Alvares Kanton olacaq.
Qeyd edək ki, oyunlar noyabrın 3-də keçiriləcək. "Qəbələ" - "Sent Etyen" oyunu saat 22:00-da, PAOK - "Qarabağ" oyunu isə Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Xəbər xətti