Taekvondo yığmamız Serbiyada 6 medal qazanıb

14:34 - 31 Oktyabr 2016 - İDMAN

Serbiyanın paytaxtı Belqradda taekvondo üzrə təşkil edilən “Serbia Open” beynəlxalq turnirinə yekun vurulub. Taekvondo Federasiyasından verilən məlumata görə, G1 kateqoriyalı yarışa 12 idmançı ilə qatılan gənclərdən ibarət Azərbaycan millisi 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb.

Komandamızın heyətində Azay Qənbərli (45 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ayazın finalda rəqibi isə komanda yoldaşı Bəhruq Quluzadə olub.
Digər gənc taekvondoçulardan Qaşım Maqomedov (55 kq) və Əliəsgər Əliyev (68 kq) həlledici döyüşdə məğlub olaraq, yarışı gümüş medalla başa vurub. Onlardan fərqli, Əli Məmmədov (59 kq) və Aliyə Zeynalovanın (44 kq) isə yarımfinal mərhələsindəki rəqibləri keçilməz olub.
Qeyd edək ki, yığmamızı noyabrın 16-20-də dünya birinciliyi gözləyir. Yarış Kanadada keçiriləcək.

Xəbər xətti