OPEC ölkələri İraqa güzəştə getməyə hazırdır

14:25 - 31 Oktyabr 2016 - İQTİSADİYYAT

Bəzi əsas OPEC üzvü olan ölkələr, o cümlədən Səudiyyə Ərəbistanı neft hasilatının məhdudlaşdırılması ilə bağlı anlaşmada İraqa xüsusi imtiyazların təqdim edilməsi məsələsini dəstəkləyə bilər. "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə açıqlamanı OPEC üzvü olan ölkələrdən birinin nümayəndəsi verib. Qeyd edək ki, İraqın neft naziri Cabbar əl-Laibi OPEC-i ölkəsinin neft hasilatının məhdudlaşdırılması prosesində iştirak etməməsi üçün icazə verməyə çağırıb. Belə ki, onun ölkəsi hazırda antiterror əməliyyatları aparır. Bu səbəbdən İraqın neft satışından maksimal gəlir əldə etməsi vacibdir. Bu səbəbdən, bəzi ölkələr İraqın neft hasilatını artırmasından ehtiyatlanmayaraq ona xüsusi şərtlərlə çalışmaq imkanı verməyə razı olacağını bildiriblər.

Xatırladaq ki, hasilatın məhdudlaşdırılması ilə bağlı son qərar OPEC-in noyabrın 30-da Vyanada (Avstriya) keçiriləcək sammitində veriləcək.

Xəbər xətti