Prezident var-dövlətini açıqladı

12:33 - 31 Oktyabr 2016 - MARAQLI

Ukrayna prezidenti Petro Poroşenko sərvətini açıqlayıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezidentin bank hesablarında 26 milyon 300 min ABŞ dolları, 14 min 300 avro və 540 min qrivna (təxminən 34 min 560 manat ) var. Bildirilir ki, prezidentin xalqa açıq Beynəlxalq İnvestisiya Bankında (MİB) 60 min dollar və 900 min qrivna (57 min 601 manat ) nağd pulu saxlanır. Ukrayna lideri daşınmaz əmlaklarının dəyərini də açıqlayıb. Belə ki, Poroeşenkonun 30 milyon qrivna dəyərində evi, 6 torpaq sahəsi, dörd mənzili, həyat yoldaşının isə bağ evi və bir ərazisi var. Mercedes-Benz markalı avtomobili, Bayliner idman yaxtası olan ölkə başçısı, “BMW” və “Range Rower” markalı iki avtomobil icarəyə götürür, həyat yoldaşının “Yaquar”ı, uşaqlarının isə 3 Mercedesi var. Poroşenko sosial hesabından “Sahib olduğum bütün daşınar və daşınmaz əmlaklar prezident olmazdan əvvəl, böyük əksəriyyəti isə dövlət vəzifəsində çalışmadığım dönəmlərdə əldə edilib. Şirkətlər isə iş dünyasında olduğum zaman qurulub”,- açıqlamasını yayıb. Qeyd edək ki, prezident sərvətini Beynəlxalq Valyuta Fondunun (BVF) və Aİ-nin viza sərbəstliyi üçün qoyduğu şərtlərə əsasən , “e-bəyannamə” tətbiqi çərçivəsində açıqlayıb.

Xəbər xətti