Qəzet baş redaktoru və yazarı tutulub

11:23 - 31 Oktyabr 2016 - MEDİA

Türkiyə polisi "Cümhuriyyet" qəzetinin baş redaktoru Murat Sabuncu, İdarə Heyətənin sədri Akın Atalay və yazarı Güray Özün evində axtarış aparıb. "Cümhiriyyet" xəbər verir ki, M.Sabuncu və G.Öz tutulub.

İnformasiyaya görə, A.Atalay xarici ölkədə olduğundan onun həbsinə dair qərar çıxarılıb.

Qeyd edək ki, "Cümhuriyyet" qəzeti 1924-cü il mayın 7-dən etibarən gündəlik nəşr olunur. Qəzetin adını Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk qoyub.

Xəbər xətti