"Qazın qiymətini qaldırmaqdan danışanların vicdanı yoxdur" - Hafiz Hacıyev

14:26 - 29 Oktyabr 2016 - ÖLKƏ İÇİ

Bir neçə gün əvvəl bəzi deputatların mediada təbii qazın qiymətini qaldırmaqla bağlı təklifləri birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə qınaq obyektinə çevrilməsinin ardınca yevin qəzəbinə tuş gəliblər. "Birincisi onları xalq seçməyib, əgər onlar xalqın içindən çıxsaydılar, xalqın bugünki ağır şəraitini, vəziyyətini başa düşüb belə təkliflə çıxış etməzdilər. Xanhüseyn Kazımlı, sonra biri var - o tütün fabrikinin başında duran Rüfət Quliyev və digərləri hər şeyi öz ciblərilə ölçürlər. Elə bilirlər xalq da bunlar kimi varlıdır. Pulları çoxalıb, xalqı düşünə bilmirlər, xalqa yaddırlar. Hamısı anti İlham Əliyev koalisiyasında birləşmiş adamlardır. Bunlar çalışırlar ki, hökümətə, xalqa düşmənçilik mövqeyində duran insanlara kömək etsinlər. Mənim xalqım zorla 100-200 manat pul tapıb özünə çörək pulu edir. Belə şəraitdə yaşayan xalqın istifadə etdiyi qazın qiymətini artırmaq olmaz - Hafiz Hacıyev Sfera.az-a açıqlamasında bnildirib. Onun sözlərinə görə, xalq belə deputatlara öz iradını, etirazını bildirməlidir: "Millətə bu qədər xəyanət etmək olmaz. Bunlar millətə, xalqa aidiyyatı olmayan adamlardır. Onların vicdanları yoxdur. Ona görə də düşünürəm ki, bu təklifi verən adamlar öz hökümətinə, millətinə yad olan adamlardır. Bütün bunlar mənim əziz qardaşım İlham Əliyevə qurulmuş oyunlardır. Bunların başında duran "beşinci kolon"un üzvləridir. Bunlar hökümətə müxalifətdən daha çox zərbə vururlar. Əgər onların vicdanları varsa, xalqdan istifadə edərək qazandıqları milyardları elə xalqa da xərcləsinlər. 200 manat maaş alan müəllim-həkim axı nə ilə o qazın pulunu versin? Onların təklifləri boykot olunmalı və nifrət hədəfinə tuş gəlməlidirlər".

Xəbər xətti