Yeni təhvil verilən yol bu günə qaldı - FOTO

14:21 - 28 Oktyabr 2016 - ÖLKƏ İÇİ

Binə qəsəbəsinə gedən yolun yeni təhvil verilən hissəsində qoyulmuş bardürlər və tamet hissəsi yağışlardan sonra dağılıb.

Ucnoqta.az xəbər verir ki, bu haqda “qafqazinfo”ya qəsəbə sakinləri məlumat verib. Bildirilir ki, fotolar yolun Aviasiya Akademiyasının yaxınlığındakı hissəsindən çəkilib. Sözügedən hissə 1-2 ay öncə istifadəyə verilib. Yolun tikintisi “Azəravtoyol” tərəfindən aparılır.
“Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli isə bildirib ki, yolun tikintisi hələ yekunlaşmayıb və təmir işləri davam etdirilir: “Orada həmin hissələrin hamısı bərpa olunacaq. Hələ heç asfalt da tam olaraq çəkilib tamamlanmayıb. Asfaltın üst qatı qalıb”.


Xəbər xətti