Yük maşınları toqquşdu - Tovuzda

12:34 - 28 Oktyabr 2016 - HADİSƏ

Bakı-Qazax magistral yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Apa-a xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

MAZ və KamAZ markalı yük avtomobillərinin toqquşması nəticəsində MAZ-ın sürücüsü, Ağstafa rayon sakini, 1985-ci il təvəllüdlü Eşqin Məhərrəmov müxtəlif bədən xəsarətləri alıb. O, Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Xəbər xətti