73 hərbi təyyarəçi həbs edilib - Türkiyədə

11:05 - 28 Oktyabr 2016 - Xəbər

Türkiyənin hüquq-mühafizə orqanları 73 hərbi təyyarəçinin həbsinə order verib. Bu barədə "BBC" xəbər yayıb. Xəbərdə bildirilir ki, həbslər Konya aviabazasında həyata keçirilib. Həbs edilənlər iyulun ortalarında FETÖ tərəfindən hazırlanmış dövlət çevrilişinə cəhddə iştirak etməkdə şübhəli bilinirlər. Bununla yanaşı, hərbi təyyarəçilər Konstitusiyanı pozmaqda, Fətullah Gülənlə əlaqədə ittiham edilirlər. Qeyd edək ki, polis ötən həftə bu hərbi bazada 99 hərbi xidmətçini həbs edib.

Xəbər xətti