Gömrükdə külli miqdarda siqaret müsadirə olunub

15:31 - 27 Oktyabr 2016 - Xəbər

Rusiya Federasiyası İstiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
DGK-nin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və ön qanadaltı örtüklərindən gömrük nəzarətindən gizlədilən 10600 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti