Abşeronda ağacları qanunsuz kəsən 146 nəfər məsuliyyətə cəlb olunub

13:48 - 27 Oktyabr 2016 - Xəbər

2016-cı ilin 9 ayı ərzində təkcə Abşeron yarımadasında ağacların qanunsuz kəsilməsinə görə 146 nəfər məsuliyyətə cəlb olunub.Trend-in məlumatına görə, bunu ekologiya nazirinin müavini Firdovsi Əliyev Milli Məclisin Aqrar siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında deyib.
Onun sözlərinə görə, həmin şəxslər 274,2 min manat cərimə olunublar:
"154 fakt üzrə günahkarların aşkar edilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etmişik".

Xəbər xətti