Tovuz və Quba RİH-də yoxlamalar başa çatdırılıb

13:31 - 27 Oktyabr 2016 - Xəbər

 Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. Kollegiya iclasında Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsinin auditi, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Tovuz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin yerli xərclərinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Abşeron Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin yerli xərclərindən Quba rayon Mədəniyyət və Turizm şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
 İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisinə təqdim olunması qərara alınıb. Kollegiya iclasında aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı da dinlənilib, müvafiq qərarlar qəbul edilib.
 Kollegiyada  Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqramlar təsdiqlənib.apa

Xəbər xətti