Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

12:49 - 27 Oktyabr 2016 - Xəbər

NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstanda həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. Müdafiə Nazirliyindən ucnoqta.az- verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.


Xəbər xətti