"Bu səbəbdən "Azdrama"dan getdim" — Fuad Poladov DANIŞDI

12:10 - 27 Oktyabr 2016 - Xəbər

Xalq artisti Fuad Poladov Dövlət Akademik Milli Dram Teatrından verilən "teatrda heç kimə işdən çıxmağıyla bağlı heç nə deməyib" açıqlamasına cavab verib. Sənətkar Ölkə.Az-a açıqlamasında bununla bağlı kiməsə müraciət etmək fikrində olmadığını bildirib:
"Rəsmi şəkildə heç kimə müraciət etməmişəm və fikrim yoxdur ki, kiməsə rəsmi şəkildə müraciət edim. Teatrdan getməyim isə dəqiq xəbərdir".
F.Poladov bu addımı niyə atmasına da ilk dəfə aydınlıq gətirib:
"Aktyor Hikmət Rəhimovun işdən çıxarılmasına etiraz olaraq "Azdrama"dan getmişəm".
Sənətkar yenidən "Azdrama"ya qayıtmaq ehtimalıyla bağlı suala isə cavab vermək istəməyib.

Xatırladaq ki, bir neçə gün öncə rejissor köməkçisiylə dalaşdığına görə işdən çıxarılan Hikmət Rəhimov F.Poladovun "Azdrama"dan getdiyini açıqlamışdı.

Xəbər xətti