Bakıda 9-cu mərtəbədən yıxılan azyaşlı qız sağ qalıb

11:58 - 27 Oktyabr 2016 - Xəbər

Bakıda yaşayış binasının 9-cu mərtəbəsindən yıxılan 12 yaşlı qız sağ qalıb. "Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsi, 232 ünvanında baş verib. Həmin ünvandakı binanın 13 saylı mənzilində yaşayan 2004-cü il təvəllüdlü Lamiyə Namazova eyvandan yerə yıxılıb. Nəticədə azyaşlının ayağı sınıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Hadisə vaxtı L.Namazova evdə tək olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti