İtaliyanın XİN başçısının Azərbaycana rəsmi səfərin tarixi məlum olub

11:54 - 27 Oktyabr 2016 - SİYASƏT

 İtaliyanın xarici işlər naziri Paolo Centiloninin Azərbaycana rəsmi səfərin tarixi məlum olub.
Diplomatik mənbələrdən "Report"a verilən məlumata görə, italiyalı nazir Bakıya noyabrın 7-9 tarixlərində səfər edəcək.
Səfər zamanı P.Centiloni azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək, ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Xəbər xətti