Türkiyə SQ Suriyada terrorçuların 100-dən çox mövqeyini dağıtdı

11:50 - 27 Oktyabr 2016 - DÜNYA

Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində "Azad Suriya Ordusu" ilə birgə Suriyanın şimalında İŞİD-in 94, PYD-nin (Demokratik İttifaq Partiyası) isə 9 mövqeyini darmadağın edib. Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı iki nəfər ölüb, "Azad Suriya Ordusu"nun 16 üzvü xəsarət alıb.
Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı başlayandan "Azad Suriya Ordusu" 164 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.

Xəbər xətti