Villada partlayış zamanı xəsarət alan "Azəravtoyol"un aparat rəhbəri Türkiyədə vəfat edib

11:25 - 27 Oktyabr 2016 - Xəbər

 Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" ASC-nin Aparat rəhbəri Müşviq Abbasov dünyasını dəyişib. "Report"un xəbərinə görə, hadisədən sonra M.Abbasov Türkiyəyə aparılıb və oradakı xəstəxanalardan birinə yerləşdirilib.O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib.   Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır. 
Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Abbasov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Abbasova ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Abbasova isə ölüb.

M.Abbasov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdiriliblər. 

Xəbər xətti