“Psixoloji yardım haqqında” qanun layihəsi hazırlanıb

13:14 - 26 Oktyabr 2016 - Xəbər

 Azərbaycanda uzun zamandır müzakirəsi gözlənilən “Psixoloji yardım haqqında” qanun layihəsi artıq hazırlanıb. APA-nın məlumatına görə, qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
 7 fəsil 23 maddədən ibarət olan qanun layihəsində psixoloji yardımla bağlı qaydalar, tələblər, şərtlər və bundan irəli gələn məsuliyyət növləri göstərilir.

Xəbər xətti