İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb

12:35 - 26 Oktyabr 2016 - Xəbər

 Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı həmin vətəndaşın daxili orqanından (düz bağırsağından) bir ədəd bükümdə, xalis çəkisi 17,785 qram olan narkotik vasitə - heroin aşkar edilib.
 Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti