Sabaha olan hava proqnozu açıqlanıb

13:29 - 25 Oktyabr 2016 - ÖLKƏ İÇİ

Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ucnoqta.az-a verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-12° isti olacağı gözlənilir.
Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 85-95 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 28-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə
4-9° isti, gündüz 9-13° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 1-6° isti olacağı gözlənilir. 

Xəbər xətti