Vergilər Nazirliyi 385 fiziki şəxsin ölkədən çıxışını məhdudlaşdırıb

13:14 - 25 Oktyabr 2016 - ÖLKƏ İÇİ

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb. Nazirlikdən verilən məlumata görə, 24 oktyabr tarixinə vergi borcu olduğuna görə 385 şəxsin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında xarici ölkələrin 5 vətəndaşı da var.

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb. 

Xəbər xətti