İsmayıllıda sürüşmə zonasından sakinlərin köçürülməsinə başlanılıb

11:17 - 25 Oktyabr 2016 - ÖLKƏ İÇİ

"İsmayıllı rayonunda torpaq sürüşməsi səbəbindən artıq bir ailə yaşadığı evindən təxliyə edilib". Bunu "Report"un Şirvan bürosuna rayon fövqəladə hallar komisiyasının sədri, icra başçısının müavini Rövşən Ağayev bildirib. R.Ağayev qeyd edib ki, İsmayıllı rayonunda sürüşmə zonasında sakinlərin köçürülməsinə başlanılıb: "İsmayıllı rayonunun Diyallı və Sədiyan kəndlərində baş verən torpaq sürüşməsi nəticəsində yaşayış məntəqələrində təhlükəli daha da artıb. Rayonun Sədiyan kənd sakini Ağalı Əliyev 6 nəfərdən ibarət ailəsi ilə birlikdə evindən təxliyə edilib, daha uç ailəyə xəbərdarlıq edilib. Ümumilikdə sakinlərə bildirmişik ki, əgər sürüşmənin ərazisi genişlənərsə dərhal evlərini boşaldsınlar və müvəqqəti olaraq qohumlarının evində məskunlaşsınlar".

Qeyd edək ki, sürüşmə nəticəsində Sədiyan kəndində dərinliyi 1,5 və eni 3 metr olmaqla təxminən 300 metr uzunluğunda yarğan əmələ gəlib.  

Xəbər xətti