Antalyada partlayış baş verib

11:09 - 25 Oktyabr 2016 - DÜNYA

"Ola bilsin ki partlayış qəza nəticəsində baş verib". "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Antalya bələdiyyəsinin sədri Menderes Türel bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində yaralanan şəxslərin həyatı üçün təhlükə yoxdur: "Bunun terror hücumu olmadığı ehtimalı da var".

Məlumata görə, dayanacaqdakı bomba yüklənmiş bir avtomobil partladılıb. Ancaq rəsmilər bu iddianı hələlik təsdiqləməyiblər.

Hadisə ilə bağlı araşdırmalar davam edir.  

**

Türkiyənin Antalya şəhərində Ticarət və Sənaye Palatasının Çevreyolu rayonu ərazisində yerləşən binasında partlayış olub.  "Haber7" xəbər verir ki, hadisə oktyabrın 25-də səhər saatlarında baş verib.

Partlayış yerinə çoxlu sayda təcili tibbi yardım maşınları, yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Yaralananların olduğu bildirilib. Hadisənin binanın avtomobil dayanacağında baş veridyi ehtimal olunur.

Partlayışın baş vermə səbəbi hələlik bilinmir.

Xəbər xətti