Azərbaycan XİN başçısı Xorvatiya prezidenti ilə görüşüb

11:09 - 25 Oktyabr 2016 - SİYASƏT

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, K.Qrabar-Kitaroviç səfərindən, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşlərdən və iki ölkə arasında əməkdaşlığın inkişafına dair apardığı hərtərəfli müzakirələrdən dərin məmnunluq hissi keçirdiyini bildirib.

Görüş əsnasında Azərbaycan və Xorvatiya arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, turizm, nəqliyyat, dinlər və mədəniyyətlərarası dialoqun təşviq edilməsi və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. 

Xəbər xətti