Heybət-Puta dəmir yolunun təmirinə başlanıldı

11:07 - 25 Oktyabr 2016 - ÖLKƏ İÇİ

Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi olaraq bu gün 600 km-lik Bakı-Böyük Kəsik istiqamətində Heybət-Puta mənzilində 3 km-lik yolun əsaslı təmirinə start verilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovdan Ucnoqta.az-a daxil olan xəbərə görə, təmir işləri 4 gün davam edəcək.

"Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb", - deyə N.Əzməmmədov əlavə edib. 
Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında “Azərbaycan Respublikası dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.
Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 170 km dəmir yolu əsaslı təmir olunub. 

Xəbər xətti