Türkiyədə FETÖ işi ilə bağlı 7 polis həbs edilib

11:00 - 25 Oktyabr 2016 - DÜNYA

Türkiyənin Bartın Cümhuriyyət Prokurorluğu tərəfindən Bartın Polis Departamentində ötən həftə aparılmış əməliyyat zamanı saxlanılmış 36 polis əməkdaşının işi ilə bağlı təhqiqat başa çatıb. Bu barədə "Haber7.com" məlumat yayıb. Məlumatda bildirilir ki, FETÖ işi ilə bağlı saxlanılıblar. Keçirilmiş əməliyyatda aralarında "Bylock" proqramını da istifadə edən ümumilikdə 36 polisdən 7-i həbs edilib. Bununla yanaşı, 29 polisin 28-i müvəqqəti sərbəst buraxılıb.

Xəbər xətti